“Mançester Yunayted”in yay transfer pəncərəsi üçün büdcəsi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Qırmızı şeytanlar" 2 və ya 3 oyunçu almağı hədəfləyiblər.
Baş məşqçi Erik ten Haq əsasən yarımmüdafiə xəttinin gücləndirilməsinə ehtiyac duyur. Klub isə transferlər üçün 100-150 milyon funt-sterlinq ayıracaq.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 66 xalla 4-cüdür.