İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Qabriel Martinelli sıradan çıxıb. Premyer Liqanın 36-cı turunun "Brayton"la matçında (0:3) topuğundan zədə alan braziliyalı futbolçunun durumu ciddidir. 22 yaşlı forvard mövsümün son iki matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Arsenal" Qabriel Martinellini 2019-cu ilin yayında "İtuano" klubundan transfer edib. Braziliyalı millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.