"İnter" Çalhanoğlu ilə müqavilə yeniləyir

20:52 17 May 2023

İnter"in rəhbərliyi yaxın vaxtlarda yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqaviləni uzatmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Türkiyəli yarımmüdafiəçinin klub ilə yeni müqaviləsi 2027-ci ilin iyununa kimi hesablanacaq. Artıq bütün sənədlər hazırdır. Tezliklə rəsmi açıqlama gözlənilir.

 

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub, 8 qolun ötürməsini verib. Futbolçunun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir. "Transfermarkt"a görə onun təxmini dəyəri 35 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti