"Rusiyada çıxış edən bir-iki futbolçu ilə danışıq aparırıq".
Sportarena.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, ölkəsində oyunçulara ödənilən məvacib yüksək olsa da, danışıqlar davam edir:
"Hər mövqeyə oyunçu istəyirik. Ümid edirəm ki, təlim-məşq toplanışına qədər əsas futbolçuları transfer edə biləcəyik. Azərbaycana keyfiyyətli oyunçu gətirmək çətindir".
O, müqavilə ilə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan Aleksey Kaşuku saxlamaq istədiklərini söyləyib:
"Ola bilər ki, klubu onu geri qaytarsın. Bu məsələdə hələ yenilik yoxdur".