“Mançester Siti” ardıcıl 26 oyundur ki, Çempionlar Liqasında evdə uduzmur. 2018-ci ildən başlayan seriyaya görə ingilislər hələ zirvədə deyil. 2013-2020-ci illərdə “Barselona” (38), 1998-2002-ci illərdə “Bayern” (29) daha uzun seriyaya imza atmışdı.
Sportarena.az xəbər verir ki, cari mövsümdə ev oyunu qalmayan “şəhərlilər” sözügedən komandaları ötmək üçün növbəti mövsümləri gözləməlidir.
“Real”a qarşı dünənki yarımfinal matçında (4:0) dubl edən Bernardo Silva bunu bacaran 3-cü oyunçu oldu. Finalın bir addımlığında madridlilərə bir matçda iki qol vurmağı 2011-ci ildə Lionel Messi, 2013-də Robert Levandovski bacarmışdı.