Qvardiolanın 100-cü qələbəsi, 4-cü finalı

11:57 18 May 2023

Xosep Qvardiola “Mançester Siti”ni finala çıxarmaqla öz nəticəsini yaxşılaşdırdı. Belə ki, o, 4-cü dəfə Çempionlar Liqasının həlledici matçında hansısa komandanın başında olacaq.

 

Sportarena.az xəbər verir ki, ispan mütəxəssis bu göstəricidə Aleks Ferqyusson (Şotlandiya), Yürgen Klopp (Almaniya) və Marçello Lippiyə (İtaliya) çatdı. Amma zirvədə dünən yarımfinalda məğlub etdiyi “Real”ın baş məşqçisi Karlo Ançelottidir. İtaliyalı mütəxəssis 5 dəfə finalda hansısa komandaya rəhbərlik edib.

 

Dünənki 4:0 həm də Qvardiolanın Çempionlar Liqasındakı 100-cü qələbəsi idi. Bu göstərisidə də Ançelotti 107 qələbə ilə 1-ci sıradadır. Ferqyusson 102 dəfə ÇL-də qələbə görüb.


Digər xəbərlər

Xəbər xətti