"Roma" və "Sevilya" finalda - YENİLƏNİB

01:35 19 May 2023

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olub.

 

Sportarena.az xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşib.

 

İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini İspaniyada qəbul edib. "Ramon Sançes Pisxuan" stadionunda oynanılan matçda 90 dəqiqə 1:1 bitib. Əlavə vaxtda gedən matçı "Sevilya" qazanaraq (2:1) finala yüksəlib.

 

Yarımfinalın digər cavab oyunda isə İtaliya "Roma"sı Almaniyada "Bayer"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb. Komandalar arasında ilk dueli qazanan "canavarlar" (1:0) finala vəsiqə qazanıb.

 

UEFA Avropa Liqası

Yarımfinal, cavab oyunları

18 may

23:00. "Sevilya" (İspaniya) 2:1 "Yuventus" (İtaliya) (yekun)

Baş hakim: Denni Makkeli (Niderland)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

İlk oyun - 1:1

 

23:00. "Bayer" (Almaniya) 0:0 "Roma" (İtaliya) (yekun)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Leverkuzen, "Bay Arena"

İlk oyun - 0:1

 

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti