“Sabah” – “Sumqayıt” 17:0

15:27 18 May 2023

“Sabah” “Sumqayıt”ın qəniminə çevrilib. Ötən mövsüm rəqibini Masazırda büdrədərək onun avrokubok yolunu kəsən “kimyaçılar” indi bunun “hesabatını verir”.

 

Sportarena.az xəbər verir ki, cari mövsümdə eyni rəqibə bütün oyunlarda böyük hesabla uduzan yeganə komanda “Sumqayıt”dır. “Sabah” rəqibini 4 dövrənin hamısında darmadağın edib – 3:0, 6:0, 4:0, 4:0. Sumqayıtdakı matçlarda ümumi 10:0 hesabına sevinən Murad Musayevi yetirmələri rəqibin qapısından 4 görüşə 17 cavabsız top keçirib. Bu, Azərbaycan çempionatının 4 dövrədə keçirildiyi vaxtların antirekordudur.

 

Ümumiyyətlə, “Sumqayıt” geridə qalan 34 tur ərzində 66 qol buraxıb ki, bu da təqribən matç başına 2 top deməkdir. Lakin onların 26 faizini – 1/4 hissəsini “kimyaçılar”ın qapısından məhz “Sabah” keçirib. Bu qədər aciz görüntünü yalnız qüvvələr nisbəti ilə əsaslandırmaq olmaz, çünki paslı silah da heç olmasa, bir dəfə atəş açır. “Sumqayıt” futbolçuları isə hətta əzmkar oynamağı, döyüşməyi, abırlı uduzmağı da bacarmırlar.


Digər xəbərlər

Xəbər xətti