Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Dmitri Payet beş oyunluq cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, buna 36 yaşlı futbolçunun “Lans”a uduzduqları Liqa 1-in XXXIV tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Xatırladaq ki, qarşılaşma Marsel təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.