“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yayda komandadan ayrılacağını təkzib etməyib. Dünən Çempionlar Liqasında “Real” üzərində qələbənin əsas qəhrəmanlarından olan portuqaliyalı matçsonrası açıqlamasında ümumi sözlərlə kifayətlənib.
Sportarena.az xəbər verir ki, dublla 4:0 hesablı qələbədə böyük rol oynayan futbolçu deyib:
“lkin hədəfim mövsümü ən yaxşı şəkildə tamamlamaqdır. İngiltərə Premyer Liqasını, ardınca iki finalı qazanmaq lazımdır. Yalnız bundan sonra yayda nə olacağını görəcəyik”.
Xatırladaq ki, son günlər Bernardonun PSJ-yə keçəcəyi barədə xəbərlər var. Parislilər onu komandanı tərk edəcək Lionel Messiyə əsas əvəzedici kimi görür. Futbolçunun “şəhərlilər”lə müqaviləsi qalsa da, Fransa klubu 80 milyon avro ödəyərək keçidi həll etmək niyyətindədir.