Bundesliqada mövsümün ən yaxşı gənc futbolçusu

20:25 18 May 2023

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi bu ada layiq görülüb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı forvard səsvermədə Matteys de Liqt ("Bavariya"), Henninq Matrikiani ("Şalke"), Li Buxanan ("Verder"), Tom Krauss ("Leyptsiq") və Junior Dina Ebimbeni ("Ayntraxt") qabaqlayıb.

 

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm Bundesliqada 22 rəsmi matçda 6 qol vurub, 6 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti