İngiltərə Premyer Liqasında mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportarena.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu ada yeddi namizəd var.
Bunlar Kevin De Bruyne və Erlinq Haland (hər ikisi “Mançester Siti”), Martin Edeqor və Bukayo Saka (hər ikisi “Arsenal”), Harri Keyn (“Tottenhem”), Markus Raşford (“Mançester Yunayted”) və Kiran Trippyerdir (“Nyukasl”).
Kevin De Bruyne: 30 oyun, 22 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət, 7 qol, 16 asist
Erlinq Haland: 33 oyun, 25 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət, 36 qol, 7 asist
Harri Keyn: 36 oyun, 17 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət, 27 qol, 3 asist
Martin Edeqor: 35 oyun, 24 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, 15 qol, 7 asist
Markus Raşford: 33 oyun, 18 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət, 16 qol, 5 asist
Bukayo Saka: 36 oyun, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, 13 qol, 11 asist
Kiran Trippyer: 35 oyun, 18 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət, 1 qol, 6 asist