İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Kevin De Brüyne baş məşqçi Xosep Qvardiolanı təhqir edib.
Sportarena.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi evdə İspaniya "Real Madrid"inə 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu zamanı ispaniyalı mütəxəssisə kobud cavab qaytarıb.
32 yaşlı oyunçu ona topla çox oynamamağı tapşıran çalışdırıcıya "Kəs səsini" deyə cavab verib. De Brüynenin bu sözləri kameraya düşüb.
Qeyd edək ki, "Mançester Siti" "Real Madrid"i darmadağın edərək finalda İtaliya "İnter"inə rəqib olub.