“Real” Cud Bellingemin transferi üçün yalnız pul ödəmək fikrində deyil. Madridlilər Dortmund “Borussiya”sını razı salmaq üçün bir oyunçusunu da Almaniyaya göndərəcək.
Sportarena.az xəbər verir ki, İngiltərə milisinin üzvünü 100 milyon avroya transfer edəcəyi gözlənilən “Kral klubu” keçidi bu ay içində rəsmiləşdirmək niyyətindədir. Dortmundlular yarımmüdafiəçini buraxmaq istəməsə də, Bellingem özü ayrılmaq niyyətindədir. Bu səbəbdən “Borussiya”nın başqa yolu qalmayıb.
Lakin tərəflər qiymətdə tam razılaşa bilməyib. Madridlilər 100 milyon avrodan artıq ödəmək istəmir, üstəlik, bu məbləğin bir hissəsinin əvəzində Brahim Diası Almaniyaya göndərməyə çalışır. İki ildir “Milan”da icarədə olan futbolçu dortmundluların diqqət mərkəzindədir və onlar bazarlıq etməyə hazırdır. Tərəflərin necə razılaşacağı tezliklə bəlli olacaq.