Hər 3 finalda İtaliya klubu

11:19 19 May 2023

Avrokuboklarda 2022/2023 mövsümü İtaliya klubları üçün uğurlu davam edir.

 

Sportarena.az xəbər verir ki, A seriyasının 3 təmsilçisi yarışların finalına çıxıb.

 

"İnter" Çempionlar Liqasının, "Roma" Avropa Liqasnın, "Fiorentina" isə Konfrans Liqasının finalına yüksəlib. 

 

 

"Opta"nın məlumatına görə, belə hal ilk dəfə 1997/1998 mövsümündə yaşanıb. Həmin vaxt "İnter" və "Latsio" UEFA Kubokunun finalında qarşılaşıb. "Yuventus" isə Çempionlar Liqasının həlledici matçında "Real"la üz-üzə gəlib.

 

31 may

Avropa Liqası, final

"Roma" (İtaliya) – "Sevilya" (İspaniya)

 

7 iyun

Konfrans Liqası, final

"Vest Hem" (İngiltərə) – "Fiorentina" (İtaliya)

 

10 iyun

Çempionlar Liqası, final

"Mançester Siti" (İngiltərə) – "İnter" (İtaliya)


Digər xəbərlər

Xəbər xətti