"Liverpul"un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb.
Sportarena.az "The Times"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəss Premyer Liqanın "Tottenhem"lə matçında (4:3) hakimi təhqir etdiyinə görə bu cəzanı alıb.
İngiltərə Futbol Federasiyası 55 yaşlı məşqçiyə biri şərti olmaqla iki oyunluq cəza verib. Bundan əlavə o, 75 min funt-sterlinq məbləğində cərimələnib.
Yurgen Klopp İngiltərə Premyer Liqasının 37-ci turunun "Aston Villa" ilə matçını tribunadan izləməli olacaq.