Türkiyənin avrokuboklarda komanda sayı artdı

11:57 19 May 2023

Türkiyə 2024/25 mövsümündən Avropa kuboklarında 5 komanda ilə təmsil olunacaq.

 

 

Sportarena.az “NTV Spor”a istinadən xəbər verir ki, qeyd edilən mövsümdə bu ölkə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacaq. Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi qətiləşib.

 

Beləliklə, 2024/25 mövsümündən başlayaraq, Türkiyə Avropa kuboklarında 2-si Çempionlar Liqasında olmaqla 5 komanda ilə yarışacaq. Onlar yarışa aşağı qeyd olunan mərhələdən başlayacaqlar:

Superliqanın qalibi: Çempionlar Liqasının pley-off mərhələsindən

Superliqanın ikincisi:  ÇL-in 2-ci mərhələsindən

Superliqanın üçüncüsü: Avropa Liqasının 3-cü mərhələsindən

Superliqanın dördüncüsü: Konfrans Liqasının 2-ci mərhələsindən

Türkiyə kubokunun qalibi: Avropa Liqasının pley-off mərhələsindən

 

Xatırladaq ki, 2023/24 mövsümündə Türkiyə cari mövsümdə olduğu kimi Avropa kuboklarına 4 komanda (ÇL-də 1 komanda) ilə qatılacaq.


Digər xəbərlər

Xəbər xətti