“Sevilya”nın baş məşqçisi: “Finala çıxmağa layiq idik”

14:47 19 May 2023

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının yarımfinalının “Yuventus”la cavab matçını (2:1) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finaldakı rəqibləri “Roma”nı möhtəşəm komanda adlandırıb:

“Məqsədimiz bu turnirdə əlimizdən gələnin ən yaxşısını etməkdir. Hazırda işlərimiz yaxşı gedir. “Mançester Yunayted” və “Yuventus” kimi böyük klubları mübarizədən kənarlaşdırmışıq.

Budapeştdə daha bir möhtəşəm komanda və baş məşqçi ilə qarşılaşacağıq. Azarkeşlər bizim finala çıxacağımızı gözləmirdilər, amma biz bunu bacardıq. Xüsusilə də, İspaniyada çox yaxşı oyunlar keçirdik. Finala çıxmağa layiq idik”.

 

İki oyunun nəticəsinə əsasən, Andalusiya təmsilçisi “Yuventus”u məğlub edib və finala çıxıb. “Sevilya” həlledici qarşılaşmada “Roma” ilə qarşılaşacaq.

 

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti