Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportarena.az xəbər verir ki, bu ada ənənəvi olaraq 4 namizəd var.
Həftənin oyunçusu olmağa Nikolas Qonsaleslə Kristiano Biraqi (hər ikisi “Fiorentina”, İtaliya), Deklan Rays (“Vest Hem”, İngiltərə) və Ticani Reynders (“Alkmaar”, Niderland) namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.