Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Erik Lamela layiq görülüb.
Argentinalı futbolçu evdə İtaliyanın “Yuventus” komandasına 2:1 hesabı ilə qalib gəldikləri matçda həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Avroliqada həftənin ən yaxşısı adına Lamelanın komanda yoldaşı İvan Rakitiç, həmçinin Nemanya Matiç (“Roma”, İtaliya) və Florian Virts (“Bayer”, Almaniya) də namizəd idi.