36 yaşında milli karyerasını başa vurdu

18:53 19 May 2023

Betis”in yarımmüdafiəçisi Andres Quardado Meksika yığmasındakı karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

 

36 yaşlı futbolçu 17 ildən çoxdur formasını geyindiyi millidən getdiyini bəyan edib.

 

Quardado 2005-ci ildən oynadığı Meksika yığmasında 181 oyuna çıxıb, 28 qol vurub. 2017-ci ildən “Betis”də forma geyinən oyunçu “Deportivo”, PSV, “Valensiya”, “Atlas” (Quadalaxara) və “Bayer” klublarının da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti