Bu gün I Divizionda XXVI turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, günün yeganə matçı Gəncədə yerli “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutub.
Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
I Divizion
XXVI turun oyunu
19 may
“Kəpəz-2” – “Qarabağ-2” 2:1
Qollar: Cavad Kərimov, 7; 86 – Hüseyn Hüseynli, 90.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.