Fransanın PSJ klubu futbolçusu Markinyoşla müqavilənin müddətini uzadıb.
Sportarena.az Paris təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-də çıxış edir. Braziliya millisinin üzvü komanda ilə yeddi dəfə Fransa çempionu olub.