İlk oyunda 0:4 uduzmuşdular, finala vəsiqə qazandılar - VİDEO

21:22 19 May 2023

İngiltərə 1-ci liqasında (statusuna görə Premyer Liqa və Çempionşipdən sonra üçüncü liqa sayılır) pley-off mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, “Şeffild Uensdey” Aleks Fergüsonun oğlu Darren Fergüsonun baş məşqçisi olduğu “Piterboro”nu qəbul edib. “Şeffild” ilk matçda 0:4 hesabı ilə uduzduğundan onun finala yüksəlməsi möcüzə kimi görünürdü. Amma onlar, necə deyərlər, möcüzəni gerçəkləşdirə biliblər. 

 

İlk 90 dəqiqə “Şeffild” rəqib qapısından 4 cavabsız qol keçirib və matçı əlavə vaxtı aparıb. Yeri gəlmişkən, onlar 4-cü qolu 90+8-ci dəqiqədə vurub.


Digər xəbərlər

Xəbər xətti