“Mançester Yunayted” müdafiəçi Fil Consun müqaviləsinin sonunda – yay transfer pəncərəsi dövründə komandadan ayrılacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.
İngilis futbolçu 2011-ci ildə “Mançester Yunayted”ə keçib.
31 yaşlı Cons “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 229 oyun keçirib, 9 qol vurub.