Spaletti "Napoli"dən ayrıla bilər

12:40 20 May 2023

"Napoli"nin baş məşqçisi Luçano Spaletti klubdan ayrıla bilər.

 

Sportarena.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin "Napoli"nin sahibi Aurelio De Laurentislə münasibətləri korlanıb. Bu səbəbdən Luçano klubu tərk etməkdə qərarlıdır.

 

Daha əvvəl Spallettinin maaşını artırmaq istədiyi bildirilirdi.

 

Bu mövsüm “Napoli” 1990-cı ildən sonra ilk dəfə İtaliya çempionu olub. 

 

Spaletti 2021-ci ilin yayından İtaliya təmsilçisini çalışdırır.


Digər xəbərlər

Xəbər xətti