"De Bruyne məşqdə mənə çox qışqırır və bundan xoşum gəlir".
Sportarena.az xəbər verir ki, bunu İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola evdə İspaniya "Real Madrid"inə 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu zamanı Kevin De Brüyne ilə arasındakı xoşagəlməz hadisə barədə "Sky Sports"a açıqlamasında deyib.
İspaniyalı mütəxəssis bu hadisənin ilk dəfə baş vermədiyini bildirib:
"Siz onun məşqlərdə mənə nə qədər qışqırdığını görməmisiniz. Ümumiyyətlə, aramızdakı bu cür münasibəti xoşlayıram. Bu, bizə enerji verir. Nəticədə Kevin daha yaxşı oynayır".
Qeyd edək ki, Kevin De Brüyne "Real"la qarşılaşmada Xosep Qvardiolanı təhqir edib.