Mayın 19-da Azərbaycan Voleybol Federasiyasının idman zalında 15 yaşadək qızlar arasında hazırlıq turnirinə start verilib.
Sportarena.az xəbər verir ki, yarışda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 13 (“Aura”, “Azərreyl-2”, “İlkin”, “İOGİM-1”, “Sumqayıt”, “Abşeron-2”, “Murov”, “SOİK”, “Ryuqa”, “Xarı bülbül”, “Azərreyl-1”, “Dinamo”, “İOGİM-2”) komanda mübarizə aparır.
3 gün davam edəcək hazırlıq turniri olimpiya sistemi ilə keçirilir.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
Belə yarışların bölgələrdə də keçirilməsi nəzərdə tutulur.