“Neftçi” 1/4 finala yüksəldi, millimiz qrupda qaldı

21:59 20 May 2023

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, C qrupunun sonuncu oyununda “Yuanda” klubuna 7:22 hesabı ilə məğlub olan qadın millimiz qrupdaca mübarizəni dayandırıb.

 

D qrupunun sonuncu oyununda Macarıstan seçməsinə 17:15 hesabı ilə qalib gələn “Neftçi” komandası isə 1/4 finala vəsiqə qazanıb.

 

1/4 finalda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyun saat 14:30-da start götürəcək.

 

1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna – Polşa, Avstriya – Macarıstan, “Yuanda” – Misir.


Digər xəbərlər

Xəbər xətti