"Çelsi"də onun üçün mübarizəyə başladı

22:46 20 May 2023

"Çelsi" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmağı planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb. London təmsilçisi 23 yaşlı serb futbolçuya təklif göndərib. 

 

Klub Duşan üçün "Bavariya" və "Atletiko" ilə mübarizə aparır.

 

Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edir. Onun İtaliya komandası ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Futbolçu bu mövsüm 41 oyunda 14 qol vurub və 4 qolun ötürməsini verib.


Xəbər xətti