Poçettino 10 futbolçunu "Çelsi"də görmək istəmir

23:31 20 May 2023

"Çelsi" yeni baş məşqçi vəzifəsi üçün Maurisio Poçettino ilə danışıqların son mərhələsindədir.

 

Sportarena.az jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandada görmək istəmədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Bunlar Kristian Pulişiç, Pyer-Emerik Obameyanq, Hakim Zieş, Ethan Ampadu, Rahman Bab, Malanq Sara, Ruben Loftus-Çik, Kallum Hadson-Odoi, Mateo Kovaçiç və Eduard Mendidir.

 

Qeyd edək ki, Poçettinonu yaxın vaxtlarda "Çelsi" ilə müqavilə imzalayacağı gözlənilir.


Xəbər xətti