İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.
“Atalanta” “Verona”nı məğlub yola salıb. “Kremoneze” “Bolonya”ya doğma meydanda böyük hesabla uduzub. “Milan” isə oxşar hesabla “Sampdoriya”nı darmadağın edib.
İtaliya A Seriyası
36-cı tur
20 may
Kremoneze – Bolonya 1:5
Qol: Çiofani, 90+1 – Arnautoviç, 14. Ferquson, 27. Poş, 45+1. Orsolini, 45+1. Sansone, 80.
Atalanta – Verona 3:1
Qol: Zappakosta, 22. Paşaliç, 62. Hoylund, 62 – Lazoviç, 11.
Milan – Sampdoriya 5:1
Qol: Leao, 9. Jiru, 23; 29-pen; 68. B.Dias, 63 – Kvalyarella, 20.