“Mançester Siti” futbolçuları rekord mükafat qazana bilər. Dünən İngiltərə çempionluğunu təmin edən komanda Çempionlar Liqası və İngiltərə Kubokunu da əldə etsə, 40 milyon avroya sahib olacaq.
Sportarena.az xəbər verir ki, bonusların yarısı Çempionlar Liqasında, qalanı ölkədaxili yarışlarda qələbəyə görə veriləcək. Qızıl medallar təmin edildiyindən, İngiltərə Kubokunun finalında “Mançester Yunayted”i, ÇL-in finalında İtaliya “İnter”ini yenmək kifayətdir.
Belə mükafat İngiltərədə daha öncə yalnız bir kluba verilib. 1998/99 mövsümündə “Mançester Yunayted” yerli federasiyanın bu mükafatını əldə edə bilmişdi.