İvan Rakitiç: “Roma” güclü rəqibdir, amma…”

13:54 21 May 2023

“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç Avropa Liqasının “Roma” ilə keçiriləcək final matçından gözləntilərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “canavarlar”ın güclü rəqib olduğunu deyib:

“Finala çıxmaq üçün çox səy göstərdik. “Sevilya” azarkeşi olmayan şəxslər də matçlarımızı izləyirdilər. “Roma” güclü rəqibdir, amma biz hər bir rəqibə qarşı oynaya biləcəyimizi sübut edərək, möhtəşəm komandaları mübarizədən kənarlaşdırdıq”.

 

La Liqa təmsilçisi yarımfinalda iki oyunun nəticəsinə əsasən “Yuventus”u məğlub edib və finala çıxıb. Onlar həlledici qarşılaşmada İtaliyanın digər təmsilçisi “Roma” ilə qarşılaşacaqlar.

 

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti