Reşford “Mançester Yunayted”dən ayrılacaq?

16:29 21 May 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Markus Reşfordla yeni müqavilə imzalamaqla bağlı aparılan danışıqlar haqda açıqlama verib.

 

Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, bunun vaxt tələb edən proses olduğunu deyib:

“Çox vaxt tələb edən prosesdir. Bu haqda fikir bildirmək istəmirəm. Hazırda bizim üçün o qədər də vacib məsələ deyil.

Reşford cari mövsümü gözəl keçirir. Çempionlar Liqasında çıxış etmək üçün mübarizə aparırıq. Diqqət yetirməli olduğumuz tək məsələ budur.

Markus bizimlə yola davam etmək istəyir. Elə biz də onu komandada saxlamaq istəyirik. Fikrimcə, bütün məsələləri həll edə bilərik”.

 

25 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, “Mançester Yunayted”in yetirməsidir.

 

Reşford cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.


Xəbər xətti