Dias “Milan”da qalmaq istəyir

14:52 21 May 2023

Brahim Dias “Milan”da qalmağı arzulayır. Futbolçu dünən jurnalistlərə açıqlamasında bu barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, ispan yarımmüdafiəçi məxsus olduğu “Real”la iki ildir icarədə oynadığı İtaliya təmsilçisinin razılıq əldə edəcəyinə ümidlidir. O, Milanda xoşbəxt olduğunu, amma taleyinin madridlilərdən asılı olduğunu bildirib.

 

“Real” Diası əsas heyətdə oynatmaq üçün qaytarmaq niyyətində deyil. “Kral Klubu” onu qaytarıb Fortmund “Borussiyasına satmaq, alacağı Cud Bellingemin transferində istifadə etmək istəyir. Brahim isə artıq öyrəşdiyi A Seriyasında qalmaq niyyətindədir.

 

“Milan” və “Real” nümayəndələri tezliklə bir araya gələcək. Maliyyə şərtlərində razılıq olarsa, Dias birdəfəlik İtaliya klubunun oyunçusu olacaq.


Digər xəbərlər

Xəbər xətti