İtaliyanın “Yuventus” klubu 12 bal cərimələnə bilər.
Sportarena.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, cəza mayın 22-də verilə bilər.
Klubun maliyyə pozuntuları ilə bağlı araşdırma 400 gündən çox davam edir. Prokurorluq 9-12 bala qədər cərimə istəyə bilər. Klub da cərimələnə bilər. Sanksiya ilə bağlı qərar sabahkı məhkəmə iclasında veriləcək. Proseslərin bununla bitməyəcəyi və azı avqust ayına qədər davam edəcəyi qeyd olunub.
Daha əvvəl “Yuventus”dan 15 xal silinsə də, cəza növbəti qəraradək ləğv edilib.
Qeyd edək ki, “Yuventus” bu mövsüm İtaliya çempionatında 35 oyunda 69 xalla ikinci yerdədir. “Qoca sinyora”dan 12 xal silinsə, klub yeddinci pilləyə enəcək.