"Barselona"nın vitse-prezidenti Rafael Yuste mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmisi argentinalı hücumçunun geri qayıtmağını istədiyini bildirib:
"Azarkeşlər həmişə onu soruşurlar. Nə vaxt danışsam, özümə problem yaradıram. Həqiqətən də onun qayıtmasını istəyirəm. Çünki, mən "Barselona" azarkeşiyəm. Onun ayrılığını hələ də unutmamışam. Messi qayıtsa, hamımız xoşbəxt olarıq".