Qvardioladan tarixi uğur

20:30 21 May 2023

“Arsenal”ın son turda “Nottingem Forest”ə məğlubiyyətindən (0:1) sonra “Mançester Siti” vaxtından əvvəl İngiltərə çempionu olub.

 

Sportarena.az xəbər verir ki, bununla da “şəhərlilər” ardıcıl üçüncü liqa çempionluğunu qazanıblar.

 

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə İspaniya, Almaniya və İngiltərədə ardıcıl üç çempionluq qazanan ilk baş məşqçi kimi tarixə düşüb. O, MS-dən əvvəl bunu “Barselona” və “Bayern”də də bacarıb.

 

Ümumilikdə Qvardiola “Mançester Siti” ilə artıq 12 kubok qazanıb. Kataloniyalı mütəxəssis 5 liqa çempionluğu, 4 İngiltərə liqa kuboku, 2 İngiltərə superkuboku və bir ölkə kuboku əldə edib. O, “Barselona”da 14, “Bayern”lə də 7 titul qazanıb.


Xəbər xətti