David De Xea ən yaxşı seçildi

21:27 21 May 2023

İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı qapıçısı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Mançester Yunayted"in qolkiperi David De Xea "Qızıl əlcək" makafatına layiq görülüb. İspan "əlcək sahibi" 17 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

 

Alisson Bekker ("Liverpul"), Nik Pope ("Nyukasl") və Aaron Ramsdeyl ("Arsenal") mövsümün bitməsinə bir tur qalmış 32 yaşlı qapıçıya çatmaq şansını itirib.

 

Qeyd edək ki, David De Xea 2017/2018 mövsümündə də bu mükafatı qazanmışdı.


Xəbər xətti