"Roma"dan türk futbolçu üçün 35 milyon avroluq təklif

21:51 21 May 2023

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirmək planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun əsas hədəfi "Borussiya"nın yarımmüdafiəçisi Salih Özcandır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

"Roma" 25 yaşlı orta xətt oyunçusu üçün Dortmund təmsilçisinə 35 milyon avroluq təklif göndərib. Almaniya klubunun tük futbolçu üçün gələcək təklifləri dəyərləndirəcəyi bildirilir.

 

Qeyd edək ki, "Borussiya" Salih Özcanı mövsümün əvvəlində "Köln"dən transfer edib. Türkiyə millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti