Yeni mövsüm üçün Türkiyə Superliqasında iştirak hüququ qazanan daha bir komanda müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Rizəspor" bir illik fasilədən sonra elitaya yüksəlib.
Birinci liqanın 38-ci turunda bu gün "Altınordu" ilə heç-heçə edən komanda ilk 3-lükdəki yerini təmin edib. Rizə təmsiçisi hazırda 68 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl "Samsunspor" da Superliqaya vəsiqə qazanmışdı.