Laurentsiu Regekampf: “Neftçi”də qalacağam”

20:54 21 May 2023

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“3 xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. “Sabah”la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik.

Bildiyim qədərilə müqaviləsi bitən bütün futbolçuarla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib. Gedəcəyim haqda şayiələri isə şərh edə bilmərəm. Deyə bilərəm ki, burada olacağam”.


Digər xəbərlər

Xəbər xətti