“İnter” “Napoli”yə məğlub oldu - VİDEO

10:18 22 May 2023

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

 

“Leççe” – “Spetsiya” və “Torino” – “Fiorentina” matçlarında qalib müəyyənləşməyib. Yeni çempion “Napoli” bu turda “İnter”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Udineze” isə evdə “Latsio”ya uduzub.

 

İtaliya A Seriyası

36-cı tur

21 may

Leççe – Spetsiya 0:0

 

Torino – Fiorentina 1:1

Qol: Sanabriya, 66 – Yoviç, 48.

 

Napoli – İnter 3:1

Qol: Anqissa, 67. Di Lorenso, 85. Qaetano, 90+4 – Lukaku, 82.

 

Udineze – Latsio 0:1

Qol: İmmobile, 61-pen.


Digər xəbərlər

Xəbər xətti