"Sumqayıt" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB + VİDEO

18:27 22 May 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında 35-ci turun digər oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, günün bütün qarşılaşmaları saat 16:30-da start götürüb.

 

Çempionluğu təmin edən "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"ı sınağa çəkib. Qonaqlar matçdan qalib ayrılıb - 1:2.

 

 "Turan Tovuz" "Səbail"lə, "Şamaxı" "Qəbələ"ylə, "Sabah" isə "Zirə" ilə üz-üzə gəlib. Hər üç matç heç-heçə bitib. Tovuzdakı matç dörd qollu (2:2), digər iki matç isə qolsuzsuz bərabərliklə yekunlaşıb.

 

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.

 

Azərbaycan Premyer Liqası

35-ci tur

21 may.

"Kəpəz" 1:3 "Neftçi"

 

22 may

16:30. "Qarabağ" 1:2 "Sumqayıt" (yekun)

Qollar: Riçard Almeyda 88 - Vüsal İsgəndərli 33 (p), Səbuhi Abdullazadə 39

 

16:30. "Turan Tovuz" 2:2 "Səbail" (yekun)

Qollar: Şəhriyar Əliyev 2, Ayxan Quseynov 50 - Mazurek 73, Zakpa 90+2

 

16:30. "Şamaxı" 0:0  "Qəbələ" (yekun)

 

16:30. "Sabah" 0:0 "Zirə" (yekun)


Digər xəbərlər

Xəbər xətti