Kipr çempionatında 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Aris" olub. Komanda sona 1 tur qalmış 35 matçdan 74 xal toplayıb. 2-ci yerdəki APOEL-in 68 xalı var. Beləliklə, "Aris" tarixində ilk dəfə ölkə çempionu olub.
Qeyd edək ki, 2021/22 mövsümünü "Apollon" qazanmışdı.