Litva 1-ci Liqasında 10-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Yonava” səfərdə “Vilnius”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yonava"nın yeganə qolunu Nurlan Novruzov vurub. 90-cı dəqiqədə meydana daxil olan hücumçu 4 dəqiqə sonra fərqlənib. Bu, Novruzovun "Yonava"da ilk qoludur.
Bu nəticədən sonra “Yonava” 4 xalla sonuncu pillədə qərarlaşıb.