Azərbaycan Premyer Liqasının 35-ci turunun “Sabah” – “Zirə” oyunundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, rusiyalı mütəxəssis oyunu dəyərləndirib:
“Çoxlu hücumların, emosiyanın olduğu matçın şahidi olduq. İkili mübarizələr çox idi. Heyətlə bağlı itkilərimiz olsa da, ona qədər oynadıq”.
Musayev avrokuboklarla bağlı danışmağın tez olduğunu düşünür:
“Mövsüm hələ bitməyib. Transferlər etməliyik, püşkdən də çox şey asılıdır. Nəsə söz vermirəm, amma əmin olun ki, yaxşı hazırlaşacağıq”.