Bədii gimnastika üzrə millinin məşqçisi: “Dünya çempionatında daha yaxşı çıxışa ümid edirəm”

21:29 22 May 2023

“Çətinliklərə çox diqqət yetiririk. Məşqlər bizim üçün çətin idi. Ümid edirəm ki, dünya çempionatında daha yaxşı çıxış edəcəyik”.

 

Sportarena.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Kamil Quliyev Bakıda keçirilən 39-cu Avropa çempionatı ilə bağlı mətbuat konfransında danışarkən deyib.

 

O, Azərbaycanın qrup hərəkətləri komandasının Avropa çempionluğunu qazanmasına çox sevindiklərini bildirib:

“Lakin yarış geridə qaldı, hər şey yenidən başlayır. Hələ ki, eyforiyadayıq. Zala daxil olduğumuz zaman başqa hədəfə doğru gedəcəyik. Avropa çempionatının qızıl medalı artıq arxada qalıb. İndi bundan zövq alırıq. Məncə, komanda buna layiqdir”.

 

Millinin digər məşqçisi Yevgeniya Vilyayeva da nəticələrdən razı qaldığını deyib:

“Bütün ölkə və komandamız adına çox şadam”.


Xəbər xətti