Çempionlar Liqasının final görüşünün hakimi bəlli olub.
Sportarena.az xəbər verir ki, "Mançester Siti " və "İnter" arasında keçiriləcək həlledici matçı FİFA referisi Şimon Marçinyak idarə edəcək.
Polşalı referi ÇL-in yarımfinal mərhələsinin "Mançester Siti" - "Real" görüşünün də baş hakimi olmuşdu.
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 10-da İstanbuldakı "Atatürk Olimpiya Stadionunda" keçiriləcək.